Birinci divizionda XX turun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, bütün oyunlar iki gün ərzində keçiriləcək.
Tura aprelin 1-də Bakıda, “Bakılı” – MOİK oyunu ilə start veriləcək. Həftənin mərkəzi qarşılaşması hesab olunan “Neftçala” - “Qaradağ Lökbatan” matçı aprelin 2-də baş tutacaq.
Bakıda başlayan XX tura elə paytaxtda da yekun vurulacaq. “Şərurspor” Bayılda “Turan Tovuz”u qəbul edəcək.
Birinci divizon
XX tur
1 aprel
15:00. “Bakılı” - MOİK
Bakı. “İnter Arena”, 4-cü meydança
15:00. “Göyəzən” – “Zaqatala”
Qazax. Şəhər stadionu
15:00. “Bakı” – “Ağsu”
Bakı. “Bakı”nın təlim-məşq bazasının stadionu
15:00. “Mil-Muğan” – “Şahdağ”
İmişli. H.Əliyev adına şəhər stadionu
2 aprel
15:00. “Neftçala” – “Qaradağ Lökbatan”
Neftçala. N.Nərimanov adına şəhər stadionu
15:00. “Energetik” – “Şəmkir”
Mingəçevir. Y.Məmmədzadə adına şəhər stadionu
17:00. “Şərurspor” – “Turan Tovuz”
Bakı. “Bayıl Arena”