Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqibi olan Almaniyanın “Borussiya” klubunun ən yaxşı futbolçuları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Dortmund təmsilçisinin oktyabr üçün 5 ən yaxşı futbolçusu səsvermə ilə müəyyənləşib.
“Qəbələ” ilə Bakıda keçirilən matçda (1:3) het-trikə imza atmaqla komandasına qələbə qazandıran Pyer-Emerik Obameyanq “Borussiya”nın ən yaxşısı seçilib. Afrikalı legionerlə yanaşı Henrik Mxitaryan, Yulian Veyql, Marko Roys və Şinji Kaqava da ilk “beşlik”də yer alıb.
Qeyd edək ki, “Qəbələ” noyabrın 5-də “Borussiya” ilə səfərdə qarşılaşacaq.