Bakıda qolsuz heç-heçəyə razılaşan özbəklər 3 topa sevindi
08.09.2014 - 23:11
Bakıda qolsuz heç-heçəyə razılaşan özbəklər 3 topa sevindi

Avqustun 20-də Bakıda Azərbaycan yığması ilə yoldaşlıq görüşündə qarşılaşan Özbəkistan millisi növbəti matçını keçirib. Apasport.az saytının məlumatına görə, Asiya təmsilçisi Yeni Zelandiyada ilə münasibətlərinə aydınlıq gətirib.

 

“Bakcell Arena”da komandamızla qolsus heç-heçəyə (0:0) razılaşan özbəklər bu dəfə rəqibini məğlub etməyi bacarıb – 3:1.

 

Özbəkistanın heyətində Əhmədov 51 və 58-ci dəqiqələrdə dubl edib. Digər qolun müəllifi isə Cəpərov (77) olub.

 

Yeni Zelandiyaın yeganə topunu isə 86-cı dəqiqədə Broki vurub.