Bakıda xəsarət alan futbolçuya əvəzləyici tapıldı
12.09.2014 - 09:27
Bolqarıstan millisi Azərbaycan yığması ilə Bakıdakı qarşılaşmadan üzüntü ilə ayrılıb. Apasport.az saytının məlumatına görə, AVRO-2016-ya 2:1 hesablı qələbə ilə başlayan balkanlıların əhval-ruhiyyəsini aparıcı futbolçularından birinin zədəsi korlayıb.
Belə ki, millimizə qarşı 90 dəqiqə oynayan Apostol Popov çıxış etdiyi MOİK-in düşərgəsinə xəsarətlə qayıdıb. Sofiya təmsilçisinin üzvü komandasının “Çerno More” ilə qarşılaşmasında iştirak edə bilməyəcək. Lakin artıq ona əvəzləyici tapılıb. Ayağını qırdıqdan sonra tam bərpa olunan Ventsislav Vasilyev Popovun mövqeyində oynayacaq.
0
0