Balotelli “Liverpul”a 50 min funt-sterlinq qazandırdı
10.09.2014 - 23:09
Balotelli “Liverpul”a 50 min funt-sterlinq qazandırdı

Mario Balotellinin “Liverpul”a keçidi komandanın büdcəsini artırıb. Apasport.az saytının məlumatına görə, italiyalı hücumçunun ingilis klubuna gəlişi liverpullulara 50 min funt-sterlinq qazandırıb.

 

Balotellinin formasının satış qiyəti 65 funt-sterlinq dəyərindədir. Azarkeşlər isə təxminən 770 futbolka alıb ki, bu da komandanın büdcəsini artırıb.

 

Qeyd edək ki, Mario yay “transfer pəncərəsi”nin sonunda ingilis klubuna 16 milyon funt-sterlinqə keçib. O, sabiq klubunun heyətində 30 oyunda meydana çıxıb və rəqib qapılarına 14 top vurmağı bacarıb. Həmçinin Balotelli 6 dəfə komanda yoldaşının fərqlənməsinə şərait yaradıb.