Balotelli Milana qayıdır?
08.05.2015 - 21:02
Balotelli Milana qayıdır?

Mario Balotelli yenidən “İnter”ə dönə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə “Correire Dello Sport”a klubun eks kapitanı, hazırda isə vitse-prezidenti olan Xavier Zanetti açıqlama verib:

“Futbolda hər şey ola bilər. Əgər Mançini bizə Marionun ona çox lazım olduğunu desə, biz onu yenidən komandaya qaytarmaq üçün hərəkətə keçərik. Düşünürəm ki, Balotelli “İnter”də qalsaydı indi əsl futbolçu kimi yetişmiş olacaqdı”.

 

Xatırladaq ki, çılğınlığı ilə tanınan hücumçu “İnter”in heyətində çıxış edərkən 3 ölkə çempionluğu, 1 İtaliya kuboku və 1 dəfə də İtaliya super kubokunu qazanıb.