Baş məşqçi: "Qalatasaray" bizi maraqlandırmır
16.04.2015 - 18:35
Baş məşqçi: "Qalatasaray" bizi maraqlandırmır

“Qalatasaray”ın indiki vəziyyəti bizi maraqlandırmır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Trabzonspor”un baş məşqçisi Ersun Yanal həftə sonu komandasının “sarı-qırmızılılar”la baş tutacaq matçdan əvvəl səsləndirib.

 

 

“Trabzonspor” rəsmi internet səhifəsində yayılan informasiyada bildirilir ki, təcrübəli mütəxəssis yalnız qələbə haqda düşünür: “Qalan turlar bizim üçün çox önəmlidi və komandamız xal itirmədən irəliləməlidi. Azarkeşlərin köməyi ilə vəzifənin öhdəsindən gələcəyimizə inanıram”.

 

 

Xatırladaq ki, ilk dövrədəki qarşılaşmada “Trabzonspor” rəqibini qonaq meydanında 3 cavabsız qolla məğlub edib.