Bekkenbauer: “Bavariya” “Barselona” kimi darıxdırıcı olur
13.03.2014 - 02:28
Bekkenbauer: “Bavariya” “Barselona” kimi darıxdırıcı olur

 

Alman futbolunun əfsanəsi Frans Bekkenbauer “Bavariya”nın oyununu kəskin tənqid edib. Apasport.az saytının məlumatına görə, Bekkenbauer futbolçuları meydanda risk etməyə çağırıb.

 

Pep Qvardiolanın başçılıq etdiyi “Bavariya” Bundesliqada bir oyun belə uduzmayıb və böyük üstünlüklü liderliyini qoruyur, Çempionlar Liqasında isə asanlıqla mərhələ adlayır. Amma futbolçuların oyun stili “Bavariya”nın əfsanəsi olan Frans Bekkenbauerin xoşuna gəlmir: “Ən sonda “Barselona” kimi bizim komandamızın da oyununa baxmaq mümkün olmayacaq. Onlar öz qapıçılarına qədər geriyə ötürmə edəcəklər. Mənim futbol baxışım fərqlidir. Əgər mənim uzaqdan, hətta qapının qabağına yığışan müdafiəçilərin üzərindən vurmaq imkanım olsaydı, vurardım. Bu ən effektiv üsuldur”.