FİFA “Bavariya” futbol klubunun fəxri prezidenti Frans Bekkenbauer 90 gün müddətinə futboldan uzaqlaşdırıb. Apasport.az saytının məlumatına görə, belə bir qərar əfsanəvi futbolçunun FİFA-nın etika komitəsi ilə əməkdaşlıqdan imtina etməsi ilə bağlı olub. Cəza qərarı dərhal qüvvəyə minib.
FİFA Rusiya və Qətərin 2018 və 2020-ci illərdə dünya çempionatlarına ev sahibliyi etmək hüququnu necə qazandıqlarını araşdırır. Mətbuatın yazdığına görə, Qətər mundialı qəbul etmək üçün FİFA üzvlərinə 5 milyon dollar rüşvət verib.
Bekkenbauer turnirlərin keçiriləcəyi yerləri seçən FİFA İcraiyyə Komitəsinə daxil olub. İstintaq qrupunun rəhbəri Maykl Qarsia 2 dəfə Bekkenbauerlə söhbət etmək istəsə də, 68 yaşlı məmur hər iki dəfə danışıqlardan qaçıb.
- “Bavariya” rəhbərliyi qərarını verdi: Kompani ilə yola davam
- Okan Buruk: "Sinqonun sağalması üçün ən azı iki həftə lazımdır"
- "Atletik"in baş məşqçisi: "9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir"
- Xabi Alonso: “Arda, Mesut Özil və Quti Hernandezin qarışığıdır"
- "Arsenal" yeni rekorda imza atıb