Benatianın qolu iki seriyanı birdən qırdı
13.05.2015 - 00:08
Benatianın qolu iki seriyanı birdən qırdı

UEFA Çempionlar Liqası yarım final cavab qarşılaşması olan “Bavariya” – “Barselona” oyununda vurulan ilk qol xüsusən əlamətdar olub. Apasport.az saytının məlumatına görə, almanların müdafiəçisi Mehdi Benatianın oyunun 7-ci dəqiqəsində vurduğu qol “Bavariya”nın 3 oyunluq qolsuzluq “seriyası”na son qoyub.

 

Bu qol eyni zamanda “Barselona”nın 7 oyunluq – 645 dəqiqəlik qol buraxmamaq seriyasının da sonu olub. Xatırladaq ki, katalonlar son dəfə aprelin 11-də "Sevilya" ilə oyunda (2:2) qapılarında qol görmüşdülər.