Benzema “Bavariya”nın transfer gündəmində
23.01.2016 - 17:16
Benzema “Bavariya”nın transfer gündəmində

Madrid “Real”ının aparıcı oyunçularından olan Kərim Benzema karyerasını Almaniyada davam etdirə bilər. Apasport.az saytı xəbər verir ki, 28 yaşlı hücumçu “Bavariya”nın maraq dairəsinə düşüb.

 

Yayda Münhen klubunun “sükanı” arxasına keçəcək Karlo Ançelotti sabiq yetirməsini yanına aparmaq istəyir. Bu barədə “Bavariya” rəhbərliyini məlumatlandıran italyan çalışdırıcı Benzemanın transferini tələb edib.

 

Almanların tezliklə “kral klubu” ilə danışıqlara başlayacağı gözlənilir. Bununla belə, “qalaktikos”un baş məşqçisi Zinəddin Zidanın bu keçidin baş tutmasına razı olmayacağı gözlənilir.

 

Qeyd edək ki, “Lion”un yetirməsi olan Benzema 2009-cu ildən “Real”ın formasını geyinir. O, hazırkı komandasında bu vaxta qədər 300 oyunda 153 qola imza atıb.