Fransa yığmasının və “Real Madrid” klubunun hücumçusu Kərim Benzema seçim qarşısında qalıb. Apasport.az saytının məlumatına görə, Benzema hansı turnirdə –Çempionlar Liqasında və ya dünya çempionatında qalib gəlməyi daha üstün saydığı ilə bağlı suala cavab verə bilməyib.
Benzema hər iki turnirin vacib olduğunu qeyd edib: “Mən onların arasında seçim edə bilmirəm. Klub və yığma fərqli şeylərdir. Klubda biz hər gün məşq edirik. Yığmada isə yox. Hər iki turnirdə qalib gəlmək mümkündür. Dünya çempionatında oynamaq hər bir futbolçunun arzusudur. Amma zamanı çatanda, optimal formada olmalısan”.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”