Benzema Messi ilə Ronaldonu müqayisə etmir
08.10.2014 - 21:06
Benzema Messi ilə Ronaldonu müqayisə etmir

“Siz Lionel Messi və Kriştianu Ronaldonu müqayisə edə bilməzsiniz”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Real”ın hücumçusu Kərim Benzema deyib.

 

Fransa milli komandasının forvardı Messi ilə Ronaldonun müqayisə edilməsini düzgün hesab etmir: “Onların hər ikisi böyük oyunçulardır. Argentinalı və portuqaliyalı dünyada ən yaxşı futbolçulardan biridir. Buna heç kim şübhə etməsin. Onların səviyyəsinə nail olmaq üçün öncə, məhsuldarlığı yaxşılaşdırmaq, fərdi və kollektiv titullar qazanmaq lazımlıdır”.

 

Həmçinin Benzema "Barselona"nın La Liqada qalmasını da istəyir: “Ümid edirəm ki, “Barselona” La Liqada qalacaq. “Real” və “Barselona” böyük komandalardır. Əgər “Barsa” liqa 1-ə gedəcəksə, bu artıq başqa problem olacaq, amma biz istiyirik ki, onlar İspaniya çempionatında çıxış etsinlər”.

 

Qeyd edək ki, gələn ay keçiriləcək referendumda Kataloniya müstəqilliyini elan edəcəyi təqdirdə, "Barselona" və "Espanyol" klubları İspaniya La Liqasında mübarizə aparmayacaqlar. Bu haqda bir neçə gün bundan əvvəl ölkə futbol liqasının prezidenti Havyer Tebas bildirib.