Silvio Berluskoni açıqladı: “Milan” rəsmən satıldı
02.05.2015 - 16:30
“Milan” klubunun səhmləri, nəhayət ki, satılıb. Apasport.az saytının məlumatına görə, klubun səhmlərinin yarısını tailandlı biznesmen Bi Teçaybol alıb.
Bu məlumatı “rossonyerlər”in prezidenti Silvio Berluskoni də təsdiqləyib. O qeyd edib ki, klubun səhmlərinin 51 faizi özündə qala bilər. Berluskoni Teçaybolun yatırımları sayəsində “Milan”ın tezliklə yenidən Avropa nəhənglərindən birinə çevriləcəyinə inandığını bildirib.
Qeyd edək ki, Bi Teçaybol klubun səhmlərinin yarısına sahib olmaq üçün 500 milyon avro xərc çəkməli olub.
0
0