“Əsas odur ki, sabah Filippinlə oyunu yox, növbəti iki ili fikirləşək”. Apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan yığmamız sabah Filippin millisi ilə yoldaşlıq matçı keçirəcək. 67 yaşlı almaniyalı mütəxəssis oyun ərəfəsində təşkil olunan mətbuat konfransında öncə köməkçilərini – Mahmud Qurbanov, Rauf Metiyev, Uli Ştayn və Volfqanq Rolffu təqdim edib. Daha sonra isə bunları söyləyib: “Ötən həftə mətbuat konfransı olmalı idi, amma baş tutmadı. Təəssüf ki, mətbuat məşqçilər korpusu ilə yaxından maraqlanmır”.
Foqts komandasının hazırkı durumu və qarşıdakı matçla bağlı danışarkən, azərbaycanlı futbolçuların əsas probleminə də diqqət çəkib: “Fiziki baxımdan komandadan razıyam. Psixoloji cəhətdən isə əhval-ruhiyyəmiz yaxşıdır. Biz məşqçilər korpusu ilə çempionat oyunlarını izləmişik. “Neftçi” - “Qarabağ” matçı yüksək səviyyədə keçdi. Filippin maraqlı rəqibdir. Yaxşı oyun olacaq. Mən həmişə fikirləşmişəm ki, çempionat və beynəlxalq oyunlar çox fərqlidir. Ola bilsin ki, onlar çempionat oyunlarında öz çıxışlarından razıdırlar. Amma bu, məni maraqlandırmır. Məni maraqlandıran beynəlxalq oyunlarda verilən tapşırıqları yerinə yetirməkdi. Azərbaycan futbolunun problemi odu ki, futbolçular topsuz oynamır, mübarizə aparmır”.
Qeyd edək ki, Azərbaycan – Filippin matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”