Berti Foqts: Bir qədər bəxt də lazımdır
05.03.2014 - 09:36
Berti Foqts: Bir qədər bəxt də lazımdır

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Almaniya yığmasının DÇ-2014-də şansını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, 67 yaşlı mütəxəssis həmyerlilərinin uğur qazanacağına inanır.

 

Foqts Almaniya mətbuatına açıqlamasında bildirib ki, Bundestimin favoritlərlə erkən görüşməsindən ehtiyatlanır: “Almaniya millisi finala çıxmağı bacaracaq, amma bunu üçün bir qədər bəxt də lazımdır. Çünki yarımfinalda Braziliya və ya Argentina kimi komandalarla üz-üzə gəlmək ehtimalı var. Yoahim Lövün şansa ehtiyacı var. Axı, o, Avropa və dünya çempionu olmağı bacarmayıb”.

 

Qeyd edək ki, Almaniya millisi sonuncu titulunu məhz Berti Foqtsun vaxtında qazanıb. Bundestim onun rəhbərliyi altında 1996-cı ildə keçirilən Avropa çempionatında qalib gəlib.