“Ruslan Abışova baxanda ürəyim ağrıyır. Çünki “Rubin”də daim oynamır, çox vaxt ehtiyatda qalır”. Apasport.az saytının məlumatına görə, bunu milli komandamızın baş məşqçisi Berti Foqts deyib.
Foqts bu gün keçirdiyi mətbuat konfransında millimizin üzvü Ruslan Abışovun “Rubin”də ehtiyatda qalması haqqında danışıb: “O özü də indiki durumundan narazıdır. Ruslan gələcək karyerası ilə bağlı yaxın günlərdə qərar verəcək. Ona şans verilsə, özünü sübut edəcək. Əgər xaricdə qalmaq imkanı varsa, qalsın. Ancaq oynasın, ehtiyatda qalmamalıdır”.
Qeyd edək ki, millimiz sabah saat 19:00-da Filippin millisi ilə yoldaşlıq oyunu keçirəcək.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”