Berti Foqts favoritlərin adlarını açıqladı
11.06.2014 - 11:22
Berti Foqts favoritlərin adlarını açıqladı

Azərbaycan millisinin baş məşqçisi Berti Foqts Almaniya mətbuatına açıqlama verib. Apasport.az xəbər verir ki, yığmamızın çalışdırıcısı sabah Braziliyada start götürəcək DÇ-2014 üçün favoritlərinin adını açıqlayıb. O, həmyerliləri olan Almaniyan milli komandası ilə birlikdə Braziliya və İtaliyanın da güclü olduğunu bildirib: “Almaniya hər zaman DÇ-lərdə favorit olub. Bu ilə favoritlərdən biri onlardır. Amma Braziliya və İtaliyanı da siyahıdan silmək olmaz. Fransanı favoritlər arasında görmək bir az çətindir. Belçika və Çili yığmaları öz oyunları ilə zəif olmadıqlarını sübut ediblər. İspaniya millisi son dünya çempionudur və güclü bir komandadır. Amma ispanlarla oynamaq üçün gərək alman futbolu nümayiş etdirəsən. Düşünürəm ki, İspaniya da favoritlər sırasındadır”.

 

Foqts Avropa komandalarının dünya çempionu olmaq şanslarından danışıb: “Avropa komandaları cənubi amerikalıların bütün güclü futbolçularını yaxşı tanıyırlar. Ona görə də bizim qitədən olan yığmalara onlara qarşı oynamaq o qədər də çətin olmayacaq. Avropalılar bu DÇ-də mütləq uğur qazanmalıdırlar”.

 

Millimizin baş məşqçisi Kriştianu Ronaldo barədə də fikrilərini bildirib: “Onun zədəli olması Portuqaliya millisi üçün uğursuzluq olar. Amma ümid edirəm ki, Ronaldo toparlanıb öz komandasına kömək edəcək. Həm də bizim üçün elə bir ulduzu mundialda izləməmək pis olar”.

0