Berti Foqts paytaxt derbisində
12.03.2014 - 18:23
Berti Foqts paytaxt derbisində

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq bir matçı izləyəcək. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis “İnter”lə “Neftçi” arasında paytaxt derbisi zamanı stadionda olacaq.

 

“Şəfa”dakı qarşılaşmanı seyr edəcək Foqtsun digər 3 oyunu izləməməsi isə onun başqa tədbirə qatılması ilə bağlıdır. Belə ki, almaniyalı bu gün futzal üzrə UEFA kubokunun “Dördlər finalı”nın püşkündə də iştirak edib.

 

Qeyd edək ki, "İnter" - "Neftçi" qarşılaşması saat 19:00-da başlayacaq.