Bu gün Türkiyə Superliqasında V turun oyunlarına start verilib Apasport.az saytının məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da İtaliyanın Palermo şəhərində İtaliya, oktyabrın 13-də isə Xorvatiyanın Osiyek şəhərində Xorvatiya yığması ilə qarşılaşacaq millimizinin heyətinə düşə bilməyən Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor” növbəti oyununu keçirib.
Yığmamızın sabiq üzvünün komandası evdə “Gənclərbirliyi” ilə üz-üzə gəlib. Görüşün 41-ci dəqiqəsində Da Costanın vurduğu yeganə topu ilə Sivas təmsilçisi minimal hesabla qalib gəlib.
Qeyd edək ki, millimizin baş məşqçisi Berti Foqtsa lazım olmayan hucumçu yenə meydana çıxmayıb. O, “18-liy”ə belə daxil edilməyib.