AVRO-2016-nın seçmə mərhələsində oktyabrın 10-da Palermo şəhərində keçiriləcək İtaliya – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat üçün açıq məşqlərin və mətbuat konfranslarının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun mətbuat konfransı oktyabrın 9-da Bakı vaxtı ilə saat 15:30 başlayacaq. Tədbir “NH Palermo Hotel”də baş tutacaq.
İtaliya millisinin oktyabrın 9-da saat 21:15-də başlayacaq məşqi mətbuat üçün açıq olacaq. Bu hazırlıq “Renso Barbero” stadionunda keçiriləcək. 22:45-də isə meydan sahiblərinin çalışdırıcısı Antonio Kontenin mətbuat konfransı olacaq.
Mənbə: affa.az