Beyl derbiyə yetişəcək?
13.04.2015 - 09:22
Beyl derbiyə yetişəcək?

“Real”ın yarımmüdafiəçisi Qaret Beyl zədəsini sağaldıb. Apasport.az saytının məlumatına görə, La Liqanın XXXI turu çərçivəsində “Eybar”la (3:0) görüşü buraxan uelsli futbolçu komandaya qoşulub.

 

Beyl artıq kollektivlə birlikdə məşqlərdə iştirak edir. Həkimlər onun Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Atletiko” ilə matça yetişəcəyini güman edirlər.

 

Qeyd edək ki, “Atletiko” – “Real” oyunu sabah keçiriləcək.