Beyl neçə həftə oynamayacaq?
20.04.2015 - 16:25
Beyl neçə həftə oynamayacaq?

Madrid “Real”ının uelsli futbolçusu Qaret Beylin durumuna aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi bu gün təkrar tibbi müayinədən keçib.

 

Məlum olub ki, Beyl 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq. O, aprelin 22-də Çempionlar Liqasında “Atletiko” ilə keçiriləcək cavab matçını da buraxacaq.

 

“Malaqa” ilə çempionat oyununun ilk dəqiqələrində xəsarət alan Beylin təxminən 2 ay forma geyinməyəcəyi ehtimal olunurdu. Ancaq həkimlər onun zədəsinin o qədər də ciddi olmadığını bildiriblər. 

 

Qeyd edək ki, “Sauthempton”un yetirməsi olan Beyl “Real”a 2013-cü ildə “Tottenhem”dən transfer olunub. O, “kral klubu”nun heyətində bu vaxta qədər 87 oyunda 39 qola imza atıb.