Beyl və Benzema PSJ ilə oyunu buraxacaq
02.11.2015 - 18:54
Beyl və Benzema PSJ ilə oyunu buraxacaq

“Real” Çempionlar Liqasının qrup mərhələsində PSJ ilə matçda iki aparıcı futbolçusunun xidmətindən məhrum olacaq. Apasport.az saytının məlumatına görə, bunlar Qaret Beyl və Kərim Benzemadı.

 

Doğrudu, hər iki hücumçu zədəsini sağaldıb. Lakin bərpa prosesi keçən Beyllə Benzema hələ də kollektivlə birgə məşqlərə qatılmırlar. Benzema Fransa yığmasının heyətində yoldaşlıq görüşündə zədələnmişdisə, Beyl La Liqanın VIII turunda “Levante” ilə oyunda sıradan çıxmışdı.

 

Onlardan fərqli olaraq, zədələrini sağaldan qapıçı Keylor Navas, müdafiəçilər Pepe, Serxio Ramos, Alvaro Arbeloa və yarımmüdafiəçilər Luka Modriçlə Hames Rodrigesin PSJ ilə matçın iştirak ərizəsinə salınmaları gözlənilir.

 

Qeyd edək ki, “Real” – PSJ oyunu sabah keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.