Bir futbolçudan 7 qol
15.03.2014 - 11:03
Bir futbolçudan 7 qol

Uels çempionatında nadir təsadüf olunan hadisə qeydə alınıb. Apasport.az saytının məlumatına görə, Premyer Liqada çıxış edən “Port Talbot”un futbolçusu Ris Qriffits 1 oyunda 7 qol vurub.

 

34 yaşlı hücumçu “Afan Lido” ilə səfər görüşündə qəhrəman olub. Komandası 0:1 hesabı ilə geridə olduğu vaxt bərabərlik qoluna imza atan Ris fasilədən sonra şou göstərib. 45 dəqiqəyə daha 6 top vuran hücumçu hesabın 8:2 olmasında əsas səbəbkar kimi tarixə düşüb.