Bir oyunda 3 penalti verən hakim cəzalandırıldı
07.10.2014 - 22:23
Bir oyunda 3 penalti verən hakim cəzalandırıldı

İtaliya Futbol Federasiyası A seriyasının VI tutunda keçirilən “Yuventus” - “Roma” matçını idarə edən baş hakim Canluka Rokkini cəzalandırıb. Apasport.az saytının məlumatına görə, buna səbəb referinin sözügedən qarşılaşmada komandaların qapısına 3 penalti təyin etməsidir.

 

Federasiya rəhbərliyi Rokkiyə qarşıda baş tutacaq 2 tur oyunlarından məhrum edib.

 

Qeyd edək ki, “Yuventus” - “Roma” qarşılaşmasında Canluka 3 penaltidən 2-sini “canavarlar”ın qapısına verib. Turin klubunun 3:2 hesabı ilə qalib gəldiyi görüşdə meydan sahibləri qazandıqları hər iki 11 metirlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Topa isə 27 və 45+4-cü dəqiqələrdə argentinalı hücumuçu Karlos Teves yaxınlaşıb və romalıları cəzanaldırmağı bcarıb. “Roma”nın penaltisini isə 32-ci dəqiqədə Françesko Totti qolkiper Canluici Buffonun qoruduğu qapıdan keçirib.