“Yuventus”un və İtaliya yığmasının əsas qapıçısı Canluici Buffon öz ampluasında ən yaxşı qapıçılarla bağlı fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, o, “Real Madrid”in qapıçısı İker Kasilyasın düşdüyü vəziyyəti də dəyərləndirib.
“Biz Kasiyasla 10-15 ildir ən yüksək səviyyəyə aidik. Buna görə də, belə bir uzun vaxtda oyun forması planında bəzi gözlənilməzliklərin olması normaldır. Eyni zamanda, bizim əsas qüvvəmiz stabilliyimizdir” - deyə, Buffon bildirib.
Bu zaman o, “Çelsi” və Çexiya yığmasının qapıçısı Petr Çexi də unutmayıb:
“Biz yüksək səviyyəli yeganə qapıçılar deyilik. Bəziləri Petr Çexi unudurlar. Ola bilsin ki, məsələ onun daha güclü komandanın heyətində deyil, Çexiya millisinin heyətində çıxış etməsi ilə bağlıdır”.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”