Boatenq ayrılır
07.05.2015 - 17:44
Boatenq ayrılır

“Şalke”nin yarımmüdafiəçisi Kevin-Prins Boatenq Almaniyanı tərk etməyə hazırlaşır. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, qanalı futbolçu hətta Türkiyəyə köçə bilər.

 

Türkiyə Superliqasında çempionluğa oynayan “Qalatasaray” 28 yaşlı oyunçunun xidmətində maraqlıdı. Boatenq hətta ilkin danışıq zamanı İstanbul klubuna keçməyə razılıq da verib. Ancaq bir şərtlə ki, “cim-bom” Çempionlar Liqasına vəsiqə qazanmalıdı.

 

“Qalatasaray”la yanaşı, ABŞ-ın “Nyu-York Red Bullz” klubu da Boatenqi heyətində görmək niyyətindədi.

 

Qeyd edək ki, Kevin-Prins Boatenq bu mövsüm 22 oyunda iştirak edib, 3 məhsuldar ötürmə ilə yadda qalıb.