Boksçularımız Avropa birinciliyində tam heyətlə
19.10.2014 - 16:10
Boksçularımız Avropa birinciliyində tam heyətlə

Dünən Xorvatiyanın paytaxtı Zaqrebdə boks üzrə gənclər arasında Avropa birinciliyinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışda 41 ölkənin 233 boksçusu mübarizə aparacaq

 

Milli komandamız baş məşqçi Şamil Alimzanov, məşqçilər Natiq Talıbov və İlham Alimzanovun rəhbərliyi altında turnirdə tam heyətlə təmsil olunacaq. Millimizin heyətində dünya birinciliyinin bürünc mükafatçısı Məsud Yusifzadə (52 kq), yeniyetmələrin II Olimpiya oyunlarının iştirakçısı Məhəmmədəli Tahirov (91+kq) kimi təcrübəli boksçular var.

 

Digər çəki dərəcələrində Elşən Abbasov (49 kq), Tayfur Əliyev (56 kq),  Nurlan Nağıyev (60 kq),  İsmayıl Hüseynov (64 kq), Roman Zakirov (69 kq), Şamil Əliyev (75 kq), Orxan Əliyev (81 kq) və Şükran Mehdiyev (91 kq) mübarizə aparacaqlar. Yarışda ölkəmizi hakim kimi Emin Qurbanəliyev təmsil edir.

 

Qeyd edək ki, Avropa birinciliyinə oktyabrın 25-də yekun vurulacaq.