Sabah Azərbaycan millisi ilə qarşılaşacaq Bolqarıstan yığması ciddi itkilərlə üzləşib. Apasport.az saytının məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsinin ilk oyunundakı rəqibimizin düşərgəsində 4 zədəli futbolçu var.
Lakin bunlardan ikisinin adı məlumdu. Vladislav Stoyanov və Emin Qarqorov xeyli vaxtdır aldıqları xəsarətdən əziyyət çəkirlər. Bolqarıstan millisinin başbilənləri digər iki zədəlinin adını hər vəchlə gizli saxlayır.
Qeyd edək ki, baş məşqçi Lyuboslav Penev daha 4 futbolçunun xidmətindən məhrumdu. Bunlar öncədən heyətə çağırılmayan İvan İvanov, Yordan Minev və Petr Zanevə təlim-məşq toplanışının əvvəlində xəsarət alan kapitan İvelin Popoiv da qoşulmuşdu.