Bolqarıstan yığmasının baş məşqçisi qovula bilər
20.11.2014 - 11:20
Bolqarıstan yığmasının baş məşqçisi qovula bilər

AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Bolqarıstan yığması baş məşqçisiz qala bilər. Apasport.az saytının məlumatına görə, buna Lüboslav Penevin postundan qovulmaq ehtimalı səbəb olub.

 

Belə ki, seçmə mərhələdəki uğursuzluqlardan sonra çalışdırıcının vəzifəsindən qalıb-qalmamağı gündəmə gəlib. Bolqarıstan Futbol İttifaqı da yığmanın nəticələrindən narahatdı.

 

Bu üzdən qurumun İcraiyyə Komitəsi də bir araya gələcək. Bu gün baş tutacaq iclasda Penevin taleyinə aydınlıq gəlməlidi. Yığıncaqdakı müzakirələrdən sonra seçmə mərhələyə hansı məşqçi ilə davam etdiriləcəyi müəyyənləşməlidi.

 

Qeyd edək ki, son qələbəsini Bakıda Azərbaycan üzərində qazanan (2:1) bolqarıstanlılar Xorvatiyaya 0:1, Norveçə 1:2 hesabı ilə uduzduqdan sonra Malta ilə də bacarmamışdı – 1:1.