“AVRO-2016-nın seçmə mərhələsində çox güclü qrupa düşmüşük”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstan millisinin futbolçusu İvelin Popov deyib.
Yığmasının kapitanı AVRO-2016-nın seçmə mərhələsində yer aldıqları qrupu dəyərləndirib. İvanov Azərbaycan, İtaliya, Xorvatiya, Norveç və Malta ilə mübarizə aparacaqları qrupdan çıxacaqlarına ümidlidir: “Əvvəlki seçmə mərhələlərdə bizə inanan yox idi. Amma ötən tsikldə bir müddət 2-ci pillədə də qərarlaşdır. Bərabər səviyyəli rəqiblərlə mübarizədən son anda kənarda qaldıq. Yenə eyni gücdə olan komandaların qrupunda mübarizə aparacağıq. Düşünürəm ki, bu dəfə nəticə fərqli olacaq. Vacib olan odur ki, seçmə mərhələni yaxşı nəticələrlə başlayaq. Sentyabrın 9-da Azərbaycanda qələbə qazanmalıyıq. Bundan sonra müsbət əhval-ruhiyyə ilə Xorvatiya və Norveçlə qarşılaşmalara hazırlaşa bilərik”.
Qeyd edək ki, sentyabrın 9-da Bakıda keçiriləcək Azərbaycan – Bolqarıstan oyunu saat 21:00-da başlayacaq.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”