Bolqarıstan yığmasının qapıçısı: Uğur qazanmaq vacibdir
08.09.2014 - 17:22
Bolqarıstan yığmasının qapıçısı: Uğur qazanmaq vacibdir

“Azərbaycanla oyuna tam hazırıq. Bunun üçün bizim kifayət qədər vaxtımız da olub. Ümid edirəm ki, qalib gəlib, ilk xallarımızı qazanacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstan millisinin futbolçusu Vladislav Stoyanov deyib.

 

27 yaşlı qapıçı AVRO-2016-nın seçmə mərhələsinin sabah Bakıda Azərbaycan yığması ilə keçiriləcək oyunu haqda fikirlərini açıqlayıb: “Bu oyun haqda nə danışıldığına fikir vermirik. Təqibin də belə iddialı olması normaldır. Vacib olanı bütün tapşırıqları yerinə yetirib, uğur qazanmaqdır. Deməzdim ki, biz qarşılaşmanın favoritiyik. Lakin daha yaxşı futbolçular və daha yaxşı komandaya malikik. İvelin Popov bizə kömək etməyəcək. Lakin onun layiqli əvəzləyiciləri var. Komandamız çox texnikalıdır. Yığmadakı ab-hava da çox yaxşıdır. Bu qarşılaşmada qələbə çox vacibdir”.