Bolqarıstanın millimizə qarşı start heyəti açıqlandı
09.09.2014 - 17:50
Bolqarıstanın millimizə qarşı start heyəti açıqlandı

Bu gün millimizə qarşı seçmə mərhələnin ilk oyununu keçirəcək Bolqarıstan yığmasının start heyəti bəlli olub. Apasport.az saytının məlumatına görə, komanda yoldaşı ilə toqquşma nəticəsində sağ almacıq sümüyü sınan millisinin və “Kuban”ın kapitanı İvelin Popovun əvəzinə sarğını “Fulhem”in müdafiəçisi Nikolay Bodurov icra edəcək.

 

Qapıda “Mersin İdmanyurdu”nun qapıçısı Nikolay Mixaylovun əvəzinə Vladislav Stoyanov mübarizə aparacaq. Pleymeyker mövqeyində Moskva MOİK-inin yarımmüdafiəçisi Georgi Milanov oynayacaq. O, hücum xəttində B Seriyası təmsilçisi olan “Livorno”nun forvardı Andrey Qalabinova köməklik edəcək. Qalabinov irəlidə Popovun yoxluğunu hiss etdirməməlidir.

 

Bolqarıstan millisinin start heyəti: Vladislav Stoyanov – Veselin Minev, Nikolay Bodurov, İlya Milanov, Straxil Popov – Svyatoslav Dyakov, Vladimir Qadjev, Mixail Aleksandrov, Stanislav Manolev, Georgi Milanov – Andrey Qalabinov.

 

Qeyd edək ki, Bolqarıstan yığmasında qapıçı Nikolay Mixaylovdan başqa, müdafiədə İvan İvanov, Petar Zanev, Yordan Minev, hücumda isə Emil Qarqorov və İvelin Popov kimi əsas heyət üzvləri çıxış etməyəcək.