Branimir Subaşiç qol vurdu, komandası mərhələ adladı
05.11.2014 - 21:40
Branimir Subaşiç qol vurdu, komandası mərhələ adladı

Türkiyə kubokunda III turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, millimizin sabiq üzvü Branimir Subaşiçin formasını geyindiyi "Manisaspor" bu gün evdə "Zonquldak Kömürspor"la üz-üzə gəlib.

 

Qarşılaşmanın 9-cu dəqiqədə serb əsilli azərbaycanlı futbolçu komandasını hesabda önə çıxarıb. 21-ci dəqiqədə Dimitrov "Manisaspor”un növbəti topunu vurub. Lakin qoldan 11 dəqiqə sonra Ekən fərqi azaldıb – 2:1.

 

Matçda bundan başqa qol olmayıb və Subaşiçin komandası növbəti mərhələyə keçib.

 

Qeyd edək ki, 88-ci dəqiqədə Branimiri Əli Fırat Okur əvəzləyib.