Branimir Subaşiçin komandası məğlubiyyəti sıralayır
02.11.2014 - 01:41
Branimir Subaşiçin komandası məğlubiyyəti sıralayır

Türkiyənin PTT I liqasında VIII turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin sabiq hücumçusu Branimir Subaşiçin formasını geyindiyi "Manisaspor" səfərdə "Şanlıurfaspor"la münasibətlərinə aydınlıq gətirib.

 

Qələbənin nə olduğunu bilməyən Manisa təmsilçisi yenə uduzub. Meydan sahibləri matçda 1:0 hesabı ilə qələbə qazanıb.

 

Start heyətində yer alan Subaşiç 90 dəqiqə oynayıb.

 

Qeyd edək ki, aktivində 4 xalı olan serb əsilli azərbaycanlı futbolçunun komandası turnir cədvəlinin son pilləsində qərarlaşıb.