Braziliya Türkiyə ilə oyuna qədər daha bir millini sınağa çəkəcək
07.10.2014 - 23:20
Braziliya Türkiyə ilə oyuna qədər daha bir millini sınağa çəkəcək

Braziliya yığma komandası Avstriya millisi ilə yoldaşlıq görüşü keçirəcək. Apasport.az saytının məlumatına görə, qaşılaşma noyabrın 18-də, Vyanada baş tutacaq.

 

Bu isə Cənubi Amerika təmsilçilərinin sabiq çalışdırıcı Luis Felipe Skolaridən sonra yeni baş məşqçi Dunqanın rəhbərliyi altında 6-cı oyun olacaq.

 

Qeyd edək ki, “sambaçılar” Avstriya matçına qədər Argentina və Yaponiya ilə üz-üzə gələcək. Braziliyalılar qonşuları ilə  oktyabrın 11-də, 3 gün sonra isə Pekində Asiya təmsilçisi ilə münasibətlərinə aydınlıq gətirəcək. Dunqanın yetirmələri noyabrın 12-də daha bir yığma ilə qarşılaşacaq. Bu qarşdaş ölkə Türkiyə milli komandası olacaq. Braziliyanın “ay-ulduzlular” ilə görüşü İstanbulda keçiriləcək.