Avroliqanın qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “İnter”in yarımmüdafiəçisi Ernanes komandasının uğursuz çıxışı haqqında danışıb. Apasport.az xəbər verir ki, braziliyalı Milan təmsilçisinin Avropa Liqasında nəticə qazanmasını qrupdakı rəqiblərinin A seriyasında mübarizə aparan klublardan zəif olması ilə izah edib.
O bildirib ki, A Seriyasında top qovan komandalar daha güclüdü: “Hər kəs bizim daxili çempionatda niyə qələbə qazana bilməməyimizdən danışır. İtaliya A Seriyası daha güclü turnirdi. Avroliqanın qrup mərhələsində 6 xal qazanmışıq. Amma çempionat oyunlarında “qara zolaq” davam edir. Çünki A Seriyasında mübarizə aparan komandalar qrupdakından daha güclüdü. Onlara qarşı oynamaq daha çətindi”.