Braziliyalı futbolçu “Yuventus”da oynamaq istəmir
19.07.2015 - 20:05
“Çelsi”nin braziliyalı futbolçusu Oskar yayda klubu tərk edəcəyi ilə bağlı söhbətlərə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi ilə “Yuventus”un maraqlandığı iddia olunur.
Futbolçu “Çelsi”dən ayrılmaq istəmədiyini deyib:
“Yuventus”un mənimlə maraqlanması haqqında çox eşitmişəm. Ancaq mən “Çelsi”də xoşbəxtəm. Ötən mövsüm müqaviləmi uzatdım, burda qalıb çempion olmaq istəyirəm. İtaliyaya getmək fikrim yoxdu”.
0
0