Türk əsilli isveçrəli məşqçi Murad Yakın İstanbula gəlir. Apasport.az saytının məlumatına görə, vaxtilə “Fənərbaxça” forması geyən Yakının “Qalatasaray”la danışıqlar aparacağı gözlənilir.
Son olaraq “Bazel”in baş məşqçisi olan Yakının qardaşı ilə bir yerdə İstanbula uçan təyyarəyə mindiyi iddia edilir. Tərəflər arasında hələlik heç bir anlaşma olmadığı, amma isveçrəli mütəxəssisin danışıqlar masası arxasına oturaraq, təklifi nəzərdən keçirmək istədiyi bildirilir.
Qeyd edək ki, Murat Yakın paralel olaraq Moskvanın “Spartak” klubu ilə də danışıqlar aparır. Hələlik heç bir rəsmi müqavilə olmasa da, tərəflərin razılığa gəlmək üzrə olduğu vurğulanır.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu