Buffon tarixə düşdü - FOTO
12.10.2016 - 00:33
Buffon tarixə düşdü - FOTO

Canluici Buffon mükafat kolleksiyasına daha bir qənimət əlavə edib. Apasport.az saytının məlumatına görə, “Yuventus”un qapıçısı dünya miqayaslı “Golden Foot” mükafatını qazanıb.

 

O, nüfuzlu mükafatı qazanan ilk qapıçı kimi tarixə düşüb.

 

İtaliyalı əfsanə qələbə uğrunda mübarizədə Ronaldo, Messi, Lempard, Runi, Pirlo kimi futbolçuları qabaqlayıb.

 

Qeyd edək ki, “Golden Foot” 2003-cü ildən bəri yaşı 29-dan yuxarı olan, futbolda böyük uğurlar qazanmış oyunçulara verilir.

0