DÇ-2014-də hakimlər tərəfindən ilk dəfə istifadə edilən və tez silinmə xüsusiyyətinə malik olan köpüklər növbəti həftədən etibarən Almaniya Bundesliqasında istifadə olunacaq. Apasport.az saytının məlumatına görə, bu haqda Almaniya Futbol Federasiyasını (DFB) Hakimlər Komissiyasının sədri Luts Mikael Fröhlik deyib.
Futbol məmuru bildirib ki, oyunlarda köpükdən istifadə edilməsinə heç bir maneə qalmayıb: “Lazımlı işlər görüldü və köpükdən istifadə üçün icazə alındı. Qanuni olaraq maneə qalmadı. Bundan istifadə üçün heç bir səbəb yoxdur”.
Qeyd edək ki, daha əvvəl tərkibində digər maddələrin oğluğu üçün köpükdən Bundesliqa matçlarında istifadə edilməsinə icazə verilməyəcəyi iddia edilirdi.