Cavid Hüseynov “23-lük”də
07.08.2015 - 11:13
Cavid Hüseynov “23-lük”də

Azərbaycan klublarının heyətində avrokuboklarda ən çox qol vuran futbolçuların siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin heyətində 3-cü qolunu vuran Cavid Hüseynov bombardirlər siyahısına daxil olub.

 

Avropa Liqasının III təsnifat mərhələsinin hər iki oyununda (1:1, 1:0) Kipr “Apollon”unu məyus edən yarımmüdafiəçi 3 və daha çox qol vuran 23 futbolçudan biridi.

 

Braziliyalı Reynaldonun 8 qolla başçılıq etdiyi siyahıda 2-ci pillədə Rəşad Sadiqov (7 qol), 3-cü sırada isə Baçana Sxadadze (6 qol) tutur. 4 futbolçu 5, 5 oyunçu 4 qol vurubsa, hərəyə 3 dəfə fərqlənənlərin sayı 11-di.

 

Azərbaycan klubları ilə avrokuboklarda ən azı 3 qol vuranlar

8 - Reynaldo Silva

7 - Rəşad Sadiqov

6 - Baçana Sxadadze

5 - Əfran İsmayılov, Julus Vobay, Rəşad Sadıqov, Vüqar Nadirov

4 - Badri Kvaratsxeliya, Branimir Subaşiç, Leroy Corc, Feliks Felipe Almeyda, Rauf Əliyev

3 - Araz Abdullayev, Asif Məmmədov, Cavid İmamverdiyev, Çumbinyo, Elvin Məmmədov, Ernest Nfor, Georgi Adamiya, Müşfiq Hüseynov, Nikolas Kanales, Zaur Ramazanov, Cavid Hüseynov