Cavid İmamverdiyev 30 dəqiqə oynadı
02.11.2014 - 00:34
Cavid İmamverdiyev 30 dəqiqə oynadı

Türkiyə PTT I liqasında VIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Cavid İmamverdiyevin formasını geyindiyi “Elazığspor” evində “Adana Dəmirspor”la qarşılaşıb.

 

Matç təmsilçimizin komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Oyuna ehtiyat oyunçular skamyasından başlayan Cavid, 60-cı dəqiqədə meydana daxil olub.

 

Bu qələbən sonra “Elazığspor” xalını 12-yə çatdırıb və turnir cədvəlində VI pilləyə yüksəlib.