Türkiyə PTT I liqasında X turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Cavid İmamverdiyevin çıxış etdiyi "Elazığspor" 21 yaşadək futbolçulardan ibarət yığmamızın sabiq futbolçusu Timur Temeltaşın formasını geyindiyi "Altınordu"nu qəbul edib.
Matçda meydan sahibləri 2:1 hesablı qələbə qazanıb.
İmamverdiyev meydana start heyətində çıxıb və 83-cü dəqiqədə David Kılınç tərəfindən əvəzlənib. "Altınordu"un üzvü Timur isə yenə meydana çıxmayıb.
Qeyd edək ki, "Elazığspor" 10 turdan sonra 15 xalla turnir cədvəlinin 6-cı, "Altınordu" 11 xalla 10-cu pilləsində yer alır.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı