[b]Türkiyə klubu Cavid İmamverdiyev üçün "Neftçi"yə rəsmi təklif göndərdi[/b]
02.06.2014 - 17:46
[b]Türkiyə klubu Cavid İmamverdiyev üçün "Neftçi"yə rəsmi təklif göndərdi[/b]

“Neftçi”nin futbolçusu Cavid İmamverdiyev karyerasını ölkə xaricində davam etdirməyə yaxındır. Apasport.az saytının əldə etdiyi məlumata görə, Türkiyə klubları 24 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdırlar.

 

Belə ki, İmamverdiyev üçün artıq “ağ-qaralar”a rəsmi təklif də edilib. Konkret olaraq, “Ankaraspor” yeni mövsümdə futbolçumuzu heyətinə görmək arzusundadır. İmamverdiyevin paytaxt klubunda icarə əsasında oynaması gözlənilir.  

 

Qeyd edək ki, Türkiyə I liqasında mübariz aparan “Ankaraspor” 2013/2014 mövsümünü 4-cü sırada başa vurub. Lakin onlar Super Liqaya vəsiqə uğrunda keçirilən pley-offda “Samsunspor”a uduzublar.