Cavid İmamverdiyev debüt etdi, komandası uduzdu
07.09.2014 - 17:02
Cavid İmamverdiyev debüt etdi, komandası uduzdu

Milli komandaların oyunları ilə əlaqədar olaraq yaranan fasilədən istifadə edən “Kayserispor"la "Elazığspor" yoxlama matçı keçirib. Apasport.az saytının məlumatına görə, PTT I liqa klublarının görüşündə meydan sahibləri 3:2 hesabı ilə qalib gəlib.

 

"Elazığspor"un yeni transferi Cavid İmamverdiyev bu qarşılaşmada debüt edib. Baş məşqçi Ümit Özat “Neftçi”nin sabiq futbolçusuna ilk “11-lik”də şans verib. Təmsilçimiz məğlub olduqları görüşdə 90 dəqiqə forma geyinib.

 

Qeyd edək ki, qonaqların qollarına Bilika və Murat Tosun imza atıb. “Kayserispor"un heyətində isə Turğut Doğan Şahin, Mərt Nobre (penalti) və Cem Adıcan fərqlənib.