[b]Cavid İmamverdiyev ilk “11-lik”də forma geyindi[/b]
11.09.2014 - 00:43
[b]Cavid İmamverdiyev ilk “11-lik”də forma geyindi[/b]

Azərbaycanlı futbolçu Cavid İmamverdiyevin forma geyindiyi "Elazığspor" milli oyunlara görə çempionatlarda yararan fasilədən yararlanaraq daha bir yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, daha əvvəl "Kayserispor"a məğlub olan (3:2) təmsilçimizin komandası bu dəfə "Diyarbəkir BB" ilə üz-üzə gəlib.

 

 

Qarşılaşma "Elazığspor"un 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda vurulan yeganə qola 45+1-ci dəqiqədə Birol Hikmət imza atıb. Komandasının qələbə qazandığı matçda  İmamverdiyev meydana start heyətində çıxıb.

 

Qeyd edək ki, futbolçumuz "Kayserispor"a qarşı keçirilən yoxlama oyununda da start heyətində forma geyinmişdi. Cavid 75-ci dəqiqədə  yerini Berk Yıldıza vermişdi.