Cavid İmamverdiyev oynadı, Rail Məlikov izlədi
30.11.2014 - 18:42
Bu gün Türkiyə PPT I Liqasında XI turunun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin sabiq müdafiəçisi Rail Məlikovun şərəfini qoruduğu “Dənizlispor”la yığmamızın üzvü Cavid İmamverdiyevin formasını geyindiyi "Elazığspor" qarşılaşıb.
Görüşdə qalib müəyyənləşməyib. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Bu matçda Məlikov “18-liy”ə düşə bilməyib. Raildən fərqli Cavid meydana start heyətdə çıxıb və 90-cı dəqiqədə yerini Qəhrəmana verib.
Qeyd edək ki, 11 oyundan sonra “Elazığspor" 16 xalla 7-ci, 12 xalla “Dənizlispor” isə 11-ci yerdə qərarlaşır.
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
0
0