Cavid İmamverdiyev yenə əvəzedici heyətdə
15.03.2014 - 16:24
Cavid İmamverdiyev yenə əvəzedici heyətdə

“Neftçi”nin futbolçusu Cavid İmamverdiyev yenə əvəzedici komandada çıxış edib. Apasport.az saytının məlumatına görə, vaxtilə əsas komandanın üzvü olan gənc futbolçu bu gün keçirilən əvəzedicilərin çempionatının XXVI turunda meydana çıxıb.

 

Cavid AZAL-la ev oyununda penaltidən qol vurmağı bacarıb. İmamverdiyev əvvəllər də əvəzedici komandanın heyətində rəqib qapısına yol tapıb.

 

“Neftçi” – AZAL – 2:3

Cavid İmamverdiyev, 34-pen.; Aqşin Qurbanlı, 42 - Orxan Səfiyaroğlu, 23; Habil Nurəhmədov, 83; Fariz Nəcəfov, 89